"Uşaqlar təhlükə altındadır" - Samur qəsəbəsindəki qəzalı bağça ilə bağlı ŞİKAYƏT

View on original source
Category: Blend
Share
Archive
Like
Qusar rayonunun Samur qəsəbəsinin sakinləri uşaq bağçasının qəzalı vəziyyətdə olmasından şikayətçidirlər. Oxu.Az -ın qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, bağçanın divarlarında çatlar var: "Divardan parçalar qoparaq təhlükə yaradır. Uşaqların bu vəziyyətdə qəzalı binada olması təhlükəlidir. Alternativ bağça olmadığı üçün övladlarımızı bura göndərmək məcburiyyətindəyik". Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

(0)Comments