ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə süni intellekt vasitəsilə hazırlanmış bir sıra qalmaqallı görüntülər paylaşıb.
Modern.az xəbər verir ki, Trampın 'Truth Social' hesabında yayımladığı fotolarda ABŞ Prezidentinin Kanada Baş naziri Mark Karni ilə qarşıdurması, Hörmüz boğazına nəzarəti ələ keçirməsi və İranın məhv edilməsini əks etdirən səhnələr təsvir olunub.
Digər görüntülərdə isə Kanada və Qrenlandiya ABŞ ərazisinin bir hissəsi kimi göstərilib.
Xarici medianın məlumatına görə, Tramp qısa müddət ərzində onlarla süni intellektlə hazırlanmış şəkil və video yayımlayıb. Paylaşımlar arasında ABŞ ərazisinin genişləndirildiyini göstərən xəritələr, İranla bağlı görüntülər və müxtəlif siyasi memlər də yer alıb.
Trampın paylaşdığı xəritələrdən birində Kanada, Qrenlandiya, Meksika və Karib hövzəsinin bir sıra əraziləri ABŞ-ın tərkibində təsvir edilib. Görüntü hər hansı rəsmi açıqlama verilmədən paylaşılıb.
Qeyd edək ki, bu təsvirlər real hadisələri deyil, süni intellekt vasitəsilə yaradılmış siyasi memləri əks etdirir.
(0)Comments