Mourinyo: 'Real'a Çempionlar Liqası titulunu borclu deyiləm'

Mourinyo: 'Real'a Çempionlar Liqası titulunu borclu deyiləm'
View on original source
Category: Sports
Share
Archive
Like
'Real'ın baş məşqçisi Joze Mourinyo komandanın Çempionlar Liqasında qələbə qazanmasının onun üçün əvvəlki uğursuzluğun əvəzini çıxmaq anlamına gəlmədiyini deyib. İdman.Biz xəbər verir ki, 2010-2013-cü illərdə Madrid klubunu çalışdıran portuqaliyalı mütəxəssis əvvəlki dönəmdə yaşananların artıq geridə qaldığını deyib. 'Xeyr. Mən 'Real'da iki fərqli dönəmdə çalışmışam. 2013-cü ildə klubdakı işimi başa vurdum. Qazandığımızı qazandıq, uduzduğumuzu uduzduq. Hər şeyimizi verdik. Amma bu səhifə bağlanıb. Bunun keçmişlə heç bir əlaqəsi yoxdur. Bunlar 'Real' tarixinin iki fərqli anıdır. Əgər məndən 'Real'la Çempionlar Liqasını qazanmaq istəyib-istəmədiyimi soruşursunuzsa, əlbəttə ki, istəyirəm. Amma bu, əvvəllər bunu bacarmamağımla tamamilə fərqli məsələdir', – deyə Mourinyo bildirib. Qeyd eədk ki, Joze Mourinyo məşqçilik karyerası ərzində "Porto" (2004) və "İnter"lə (2010) Çempionlar Liqasının qalibi olub.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.