ABŞ Yaxın Şərqdə hərbçilərinin sayını azaltmağı planlaşdırır

ABŞ Yaxın Şərqdə hərbçilərinin sayını azaltmağı planlaşdırır
View on original source
Category: Politics
Share
Archive
Like
20:27 Dünya Amerikan hərbi və kəşfiyyat strukturları İranla münaqişə başa çatdıqdan sonra ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun və hərbi obyektlərinin sayının azaldılması imkanını müzakirə edirlər. Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, söhbət, o cümlədən İranın zərbələri nəticəsində ciddi zərər görmüş və ya dağıdılmış bəzi obyektlərin bərpa edilməməsindən, eləcə də MKİ və xüsusi əməliyyat qüvvələrinin bəzi vəzifələrinin regionda şəxsi heyəti daimi yerləşdirmədən həyata keçirilməsindən gedir. Eyni zamanda, Pentaqon Yaxın Şərqdə qalacaq qüvvələrin müdafiəsinin gücləndirilməsini, o cümlədən infrastrukturun bir hissəsinin yeraltına köçürülməsini nəzərdən keçirir. CNN qeyd edir ki, hazırda regionda təxminən 50 min ABŞ hərbçisi, iki təyyarədaşıyan gəmi və idarəolunan raket silahları ilə təchiz edilmiş ondan çox esmines yerləşir. Bununla yanaşı, telekanalın məlumatına görə, Pentaqonun yüksəkvəzifəli nümayəndələri ABŞ-nin Fars körfəzinin bir sıra ölkələrindəki mövcudluğunun azaldılmasının və müdafiə yükünün böyük hissəsinin regional tərəfdaşlara ötürülməsinin tərəfdarıdırlar. Hələlik yekun qərarlar qəbul edilməyib. CNN mənbələri bildirirlər ki, ABŞ qüvvələrinin regiondakı strukturunda mümkün dəyişikliklərə artıq gələn ildən başlanıla bilər. Lakin müddətlər İranla münaqişənin gedişatından və ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyindən asılı olacaq. Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.