Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı

Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
View on original source
Category: Politics
Share
Archive
Like
Rumıniyanın şərqində naməlum PUA-nın ölkənin hava məkanına daxil olması ehtimalı ilə əlaqədar hava həyəcanı elan edilib. Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hava məkanına nəzarət sistemləri Moldova istiqamətindən hərəkət edən şübhəli hava hədəfini qeydə alıb. Hadisə ilə əlaqədar NATO-nun hava məkanının mühafizəsi missiyasında iştirak edən iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb. Mümkün təhlükə ilə əlaqədar Rumıniyanın şərq rayonlarının sakinlərinə xəbərdarlıq göndərilib. Hadisə Yaş Beynəlxalq Hava Limanının fəaliyyətinə də təsir göstərib və uçuşlar qısa müddətə dayandırılıb. Moldova tərəfi də ölkənin hava məkanında şübhəli PUA-nın aşkarlandığını bildirib.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.