ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kristiano Ronaldo karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada oynayacaqlar.
Moderator.az "GOAL"a istinadən xəbər verir ki, bu barədə Karlos Teves özü açıqlama verib.
Vida qarşılaşmasının 2026-cı ilin dekabrında Buenos-Ayresdəki "La Bombonera" stadionunda keçirilməsi planlaşdırılır.
"Messi və Ronalduno eyni komandada görmək həmişə arzum olub. Onlar bütün zamanların ən böyük futbolçularıdır. Hər ikisi ilə əlaqə saxladım, xüsusilə də Ronaldo ilə danışdım. Ona dedim ki, vida matçımda sənin və Messinin eyni komandada oynamasını istəyirəm. Bütün dünyanın bir gün bu möcüzənin şahidi olmasını arzulayıram. O, razılaşdı. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi təklifimi qəbul etdi. Çox həyəcanlıyam, bu oyun çox emosional olacaq", – deyə Teves bildirib.
Qeyd edək ki, Karlos Teves Argentina millisində Lionel Messi ilə, "Mançester Yunayted"də isə Kristiano Ronaldo ilə birlikdə çıxış edib.
(0)Comments