ABŞ Ukraynaya 'qış yardım paketi' ayıra bilər — Zelenski açıqladı

ABŞ Ukraynaya 'qış yardım paketi' ayıra bilər — Zelenski açıqladı
View on original source
Category: Politics
Share
Archive
Like
'ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini və energetika sektoruna dəstəyi ehtiva edən xüsusi 'qış yardım paketi'nin ayrılması ideyasını dəstəkləyir'. 'Qafqazinfo' xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski 'Axios' portalına verdiyi müsahibədə bildirib. Ukrayna dövlət başçısı məsələnin yalnız raket təchizatı ilə məhdudlaşmadığını vurğulayıb: 'Söhbət tək raketlərdən getmir. Bura həmçinin durulaşdırılmış təbii qaz (LNG) və deeskalasiyaya yönəlmiş addımlar daxildir. Vaşinqton qış mövsümü ərəfəsində və qış ərzində münaqişənin gərginliyini azaltmaq imkanlarını nəzərdən keçirir'. Portalın məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə səfərləri zamanı Zelenskiyə qışa qədər danışıqlarda irəliləyişə nail olmaq istədiklərini bildiriblər. Qeyd edək ki, Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün – sentyabrın 6-da isə Kiyevdə Volodimir Zelenski ilə görüşüblər. Danışıqlardan sonra amerikalı nümayəndələr mühüm irəliləyişlərin əldə olunduğunu və üçtərəfli danışıqların bərpası üzərində işlənildiyini bəyan ediblər.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.