Bu gün, 23:14 · 170 baxış · 1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının 'Yeni Amerika' olaraq dəyişdirilməsini təklif edən paylaşım edib.
Metbuat.az xəbər verir ki, Tramp 'Truth Social' hesabında ştatın xəritəsini paylaşaraq 'Mexico' sözünün üzərindən xətt çəkib və yerinə 'America' yazıb. Bildirilir ki, Ağ Ev Nyu-Meksikonun adının dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi prosesə başlanıldığını açıqlamayıb. Trampın ştatların adlarını dəyişdirmək üçün səlahiyyəti olmadığı, bunun ştat daxilində həyata keçirilməli olduğu qeyd edilir. Nyu-Meksikonun demokrat qubernatoru Mişel Lujan Qrisham paylaşımın amerikalıların diqqətini başqa məsələlərdən yayındırmaq məqsədi daşıdığını deyib və buna etiraz edib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Meksika körfəzinin adını 'Amerika körfəzi', Ontario gölünün adını isə 'Amerika gölü' olaraq dəyişdirmək qərarları qəbul edib.
(0)Comments