Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
View on original source
Category: Sports
Share
Archive
Like
08 sen 2026 20:20 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir. AFFA-dan BAKU.WS-ə verilən məlumata görə, mundiala hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı baş tutacaq. Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşdiriləcək. Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq görür. Milli komandanın təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı belədir: Ad, Soyad Klub Oqtay Mehrəliyev Qarabağ FK Daniil Bayramari Qəbələ İK Məhəmməd Ağamalıyev Qarabağ FK Abbas Məmmədli Qarabağ FK Asif Allahverdizadə Ulduz FA Emil Quliyev Neftçi PFK Teymur Quliyev Ulduz FA Əkbər Nağıyev Neftçi PFK Kənan Əzimov Neftçi PFK Həsən Məhmədov Sabah FK Murad Zeynallı Ulduz FA Səbran Muradlı Qarabağ FK Müşfiq Zamanov Ulduz FA Xalid Soltanov Qəbələ İK Ömər Allahverdiyev Turan Tovuz PFK Səbuhi İbrahimli Ulduz FA Yusif Əlizadə Ulduz FA Həsən Ramazanov Sabah FK Murad Məmmədzadə Sabah FK Nihad Bəylərli Ulduz FA Əli Hacıyev Sabah FK Həsən Müşfiqzadə Qarabağ FK Ramil İsmayıllı Karvan FK Maksim Adamov Neftçi PFK Amin Tağıyev Qarabağ FK Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda keçiriləcək. Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Qarabağ FK Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.