Faiq Quliyev Azərbaycana səfər etmiş gürcü jurnalist və blogerlərlə görüşüb

Faiq Quliyev Azərbaycana səfər etmiş gürcü jurnalist və blogerlərlə görüşüb
View on original source
Category: Politics
Share
Archive
Like
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycana təşkil olunmuş infoturda iştirak etmiş gürcü jurnalist və blogerlərlə görüşüb."Report"un yerli bürosu xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan xalqları arasında tarixən formalaşmış dostluq və mehriban qonşuluq münasibətləri, iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti müzakirə olunub.Səfir jurnalist və blogerlərin iki ölkə ictimaiyyətinin qarşılıqlı məlumatlandırılmasına, dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni xüsusi qeyd edib.İnfotur iştirakçıları Bakı və Gəncə şəhərlərinə, eləcə də Qarabağın Şuşa, Ağdam və Xankəndi şəhərlərinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar səfər zamanı tanış olduqları sosial-iqtisadi və humanitar layihələr, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə fikirlərini ifadə ediblər.Görüşdə bu cür infoturların və qarşılıqlı təmasların Azərbaycan-Gürcüstan dostluğunun möhkəmləndirilməsi və iki ölkə xalqlarının bir-biri haqqında məlumatlılığının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.