Altı yüzdən yüksək balla Pedaqoji Universiteti seçənlər

Altı yüzdən yüksək balla Pedaqoji Universiteti seçənlər
View on original source
Category: SciTech
Share
Archive
Like
Bakı, 7 sentyabr, AZƏRTAC 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 8 nəfər ixtisas seçimi zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) və onun filiallarını seçib. Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil sisteminin inkişafı istiqamətində atılan ardıcıl addımlar müəllimlik peşəsinə olan marağın və bu peşənin cəmiyyətdəki nüfuzunun artmasına da təsir göstərir. Müəllim peşəsinin daha yüksək nəticə göstərən gənclər üçün də cəlbedici karyera istiqamətinə çevrilməsi son illərin qəbul göstəricilərində özünü aydın şəkildə göstərir. Bu tendensiya qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin pedaqoji ixtisaslara marağında da müşahidə olunur. Artıq bir neçə ildir ki, yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisaslarını seçənlərin, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinə üstünlük verənlərin sayının artması diqqət çəkir. Bu isə müəllim hazırlığının və pedaqoji təhsilin ölkənin gələcək inkişafında oynadığı rolun getdikcə daha çox qiymətləndirildiyini göstərir.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.