Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
View on original source
Category: SciTech
Share
Archive
Like
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya siyasəti Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası tərəfindən uğurla koordinasiya olunur. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Latın Amerikası və Karib Hövzəsi Ölkələri qrupu GRULAC-ın təşkilatçılığı ilə Argentinanın Buenos-Ayres şəhərində keçirilən 'Texnoloji transformasiya, siyasi parçalanma və demokratik etimad böhranı qarşısında parlamentlərin rolu' mövzusuna həsr olunmuş Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda xüsusi qonaq qismində onlayn çıxışında Azərbaycanın bu sahədəki geniş təcrübəsi haqqında məlumat verərkən deyib. Spiker Sahibə Qafarova vurğulayıb ki, Milli Məclis hüquqi bazanı ardıcıl olaraq möhkəmləndirir, elektron sənəd dövriyyəsi, elektron səsvermə və qanunvericilik izləmə sistemlərindən fəal istifadə edir. O deyib ki, qəbul edilən yeni qanunvericilik aktları ictimai müzakirələrin və parlament dinləmələrinin də elektron formatda keçirilməsinə tam hüquqi zəmin yaradır. Parlamentin sədri bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar dövlət təsisatlarının fəaliyyətini və onların vətəndaşlarla qarşılıqlı münasibətlərini köklü şəkildə dəyişir. O vurğulayıb ki, bu proses parlamentlər üçün böyük imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyətlər yaradır. Rəqəmsallaşmanın parlamentlərin şəffaflığını və əlçatanlığını artırdığını vurğulayan spiker texnologiyaların heç bir halda cavabdehliyi, siyasi dialoqu və güclü institusional strukturları əvəz edə bilməyəcəyini diqqətə çatdırıb.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.