Messi və Ronaldu eyni komandada oynayacaq

Messi və Ronaldu eyni komandada oynayacaq
View on original source
Category: Sports
Share
Archive
Like
Argentina millisinin və 'Boka Xuniors'un sabiq futbolçusu Karlos Teves Lionel Messi ilə Kriştiano Ronaldunun onun vida matçında eyni komandada çıxış edə biləcəyini açıqlayıb. İdman.Biz "Footmercato" nəşrinə istinadən xəbər verir ki, dekabrda keçirilməsi planlaşdırılan qarşılaşma Buenos-Ayresdəki 'La Bombonera' stadionunda təşkil olunacaq. Teves bildirib ki, uzun illərdir arzuladığı Messi və Ronaldonu eyni komandada görmək istəyini gerçəkləşdirmək üçün hər iki futbolçu ilə əlaqə saxlayıb: 'Mən həmişə Kriştiano və Leonu eyni komandada görmək arzusunda olmuşam. Onlar bütün zamanların ən böyük iki futbolçusudur. Xüsusilə Kriştiano ilə əlaqə saxladım və ona dedim ki, vida matçımda sənin və Leonun eyni komandada oynamasını istəyirəm. Bütün dünya bu möcüzəni bir daha görə bilsin. O, gələcəyini dedi. Leonu razı salmaq da çətin olmadı. Hər ikisi razılığını verdi. Bu anı səbirsizliklə gözləyirəm. Matç çox emosional olacaq'. Qeyd edək ki, Teves Ronaldu ilə 'Mançester Yunayted'də, Messi ilə isə Argentina millisində birlikdə çıxış edib.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.