Ceffri Hinton: Güclü süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər

Ceffri Hinton: Güclü süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər
View on original source
Category: SciTech
Share
Archive
Like
Güclü süni intellekt (Sİ) sistemlərinin hazırlanması bəşəriyyətin yox olmasına səbəb ola bilər."Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, bunu britaniyalı-kanadalı alim və fizika üzrə Nobel mükafatı laureatı Ceffri Hinton bildirib.O, superintellektin təhlükəsiz yaradılması və nəzarətli istifadəsinin mümkünlüyü ilə bağlı elmi razılıq əldə olunana qədər onun hazırlanmasını təxirə salmağa çağırıb."Onun təhlükəsiz şəkildə hazırlanması və nəzarət altında istifadəsi imkanlarına dair elmi konsensusun olmadığı bir şəraitdə hazırda superintellektin hazırlanması son dərəcə ağılsızlıq olardı", - alim deyib.Hintonun sözlərinə görə, intellektinə görə insanı üstələyən Sİ üzərində nəzarətin itirilməsi fəlakətli nəticələrə səbəb ola və hətta bəşəriyyətin yox olmasına gətirib çıxara bilər.Hinton bu xəbərdarlıqla ölkədə superintellektin yaradılmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin Böyük Britaniya parlamentinə təqdim edilməsi ərəfəsində çıxış edib. Təşəbbüsü "Control AI" qeyri-kommersiya təşkilatı hazırlayıb.Qanun layihəsini müxtəlif partiyalardan 130-dan çox parlamentari dəstəkləyir, lakin Britaniya hökuməti hələ bu təklifi dəstəkləyərək çıxış etməyib. Təşəbbüs həm də Nazirlər Kabinetindən deyil, hakim Leyboristlər Partiyasının deputatı Aleks Sobeldən gəlib.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.