FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.
APAxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***
20:46
Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən Balaxanı Sənaye Parkında 'Azgreenoil' şirkətinə məxsus texniki yağ sexində yanğın hadisəsi baş verib.
APAxəbər verir ki, hadisə ilə bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
20:40
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
APAxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
20:08
Fövqəladə Hallar Nazirliyinin '112' qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
APAxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
(0)Comments