Fransa İsrail yaşayış məntəqələrindən gətirilən məhsullara qadağa qoyacaq

Fransa İsrail yaşayış məntəqələrindən gətirilən məhsullara qadağa qoyacaq
View on original source
Category: Politics
Share
Archive
Like
Paris İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə qarşı yeni addım atır Fransa İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrindən gətirilən məhsulların idxalını qadağan etməyə hazırlaşır. Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, qərar bölgədə israilli məskunlaşanların zorakılığının artması və yeni yaşayış məntəqələrinin genişləndirilməsi ilə əlaqədardır. Reuters-in məlumatına görə, Fransa bu məsələdə Böyük Britaniya və Kanada ilə yanaşı daha 11 ölkə ilə koordinasiya edir. Paris hesab edir ki, yaşayış məntəqələrinin genişləndirilməsi iki dövlətli həll perspektivini təhlükə altına salır. Fransa hökuməti qərarın İsrail məhsullarına ümumi boykot olmadığını bildirir. Məhdudiyyətlər konkret olaraq işğal olunmuş İordan çayının qərb sahilindəki yaşayış məntəqələrindən gələn məhsullara şamil olunacaq. İsrail isə Avropa ölkələrinin qərarına sərt reaksiya verib. İsrail hökumətindəki bəzi yüksək vəzifəli şəxslər Böyük Britaniyaya qarşı diplomatik tədbirlərin görülməsini tələb ediblər. Bu qərar Fransa ilə İsrail arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. //Samir Qurbanov, Editor.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.