Boliviyada partlayış: ölənlərin sayı 7-yə çatdı

Boliviyada partlayış: ölənlərin sayı 7-yə çatdı
View on original source
Category: Politics
Share
Archive
Like
Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Moderator.az xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirlib ki, xilasedicilər partlayışdan sonra itkin düşmüş hesab edilən 14 nəfərdən 7-nin meyitini aşkarlayıblar. Qeyd olunub ki, ölənlər arasında bir çavuş və altı çağırışçı var. Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların təmizlənməsi davam etdirilir. Boliviya Prezidenti Rodriqo Pas faciə yerinə baş çəkib. O bildirib ki, ölən hərbi qulluqçulara ölümündən sonra çavuş rütbəsi veriləcək. Xatırladaq ki, Viaçadakı hərbi obyektdə partlayış sentyabrın 4-də baş verib. Daha əvvəl iki nəfərin öldüyü və 59 nəfərin yaralandığı bildirilib.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.