Macarıstanda konstitusiya dəyişir - Yeni hökumət islahata başlayır

Macarıstanda konstitusiya dəyişir - Yeni hökumət islahata başlayır
View on original source
Category: Politics
Share
Archive
Like
Macarıstan hökuməti "bütün cəmiyyətin maraqlarına cavab verəcək və heç bir siyasi qüvvənin öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə etməyəcəyi" konstitusiya layihəsi üzərində işə başlayıb. M1 telekanalına istinadən xəbər verilir ki, bu barədə Baş nazir Peter Madyar Macarıstan parlamentinin payız sessiyasının açılışında bildirib. "Biz Macarıstanın gələcəyi üçün ən mühüm məsələlərdən birinin - ölkədə bir daha dövləti bütün xalqa qarşı qoymağa qadir olan sistemin yaranmamasına təminatların yaradılması məsələsinin həllinə başlayırıq. Qarşıda bizi ümumi həyatımızın hüquqi təməlinə təməl daşı qoymaq vəzifəsi gözləyir. Bütün insanlarla birlikdə və bütün insanlar üçün biz elə bir konstitusiya yazacağıq ki, bundan sonra heç vaxt hansısa bir siyasi qüvvə tərəfindən öz hakimiyyətini möhkəmləndirmək məqsədilə istifadə olunmasın", - deyə baş nazir bildirib. O, daha əvvəl Macarıstanın yeni konstitusiya layihəsi üzərində işin təxminən bir il davam edəcəyini, daha sonra isə sənədin ümumxalq referendumuna çıxarılacağını bildirmişdi. Hazırda ölkədə 1949-cu il konstitusiyasını əvəz edən 2011-ci il konstitusiyası qüvvədədir. Sosialist sisteminin süqutundan sonra 1949-cu il konstitusiyasına dəyişikliklər edilmişdi. Hazırkı sənəd Viktor Orbanın əvvəlki hökuməti tərəfindən hazırlanıb və rəsmi olaraq "Əsas Qanun" adlanır. Onun preambulasında Macarıstan dövlətçiliyi üçün xristianlığın, macar dilinin və milli ənənələrin əhəmiyyəti vurğulanır. Son illərdə sənədə bir sıra dəyişikliklər, o cümlədən yalnız iki cinsin - kişi və qadının tanınması ilə bağlı müddəa əlavə edilib. Mənbə: oxu.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.