Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur - BMT-dən tarixi qərar

Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur - BMT-dən tarixi qərar
View on original source
Category: Politics
Share
Archive
Like
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. "Africanews" telekanalına istinadən verilən məlumata görə, bu tarix hər il noyabrın 27-də qeyd olunacaq. Məlumata əsasən, müvafiq qətnamə sentyabrın 4-də konsensus yolu ilə qəbul edilib. Sənədin təşəbbüskarı Syerra-Leone olub, Keniya, Ruanda, Tanzaniya və Uqanda da daxil olmaqla 60-dan çox dövlət isə həmmüəllif kimi çıxış edib. Qəbul edilmiş sənəd ölkələri maarifləndirici kampaniyalar aparmağa, erkən və məcburi nikah qurbanlarına dəstək göstərməyə, eləcə də günahkarları məsuliyyətə cəlb etməyə çağırır. Həmçinin dövlətlərə bu ənənənin kökündən kəsilməsi üçün milli planlar hazırlamaq və qızların təhsil imkanlarını genişləndirmək tövsiyə olunur. "Təkcə beynəlxalq gün təsis etməklə uşaq nikahlarına son qoymaq mümkün deyil. Lakin bunu siyasi diqqət, sərt qanunvericilik, səmərəli təsisatlar, təhsil və ən əsası davamlı siyasi iradə vasitəsilə etmək olar", - deyə qətnamə layihəsini təqdim edən Syerra-Leonenin birinci xanımı Fatima Maada Bio bildirib. BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatlarına əsasən, hər il təxminən 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur. Hazırda dünyada yaşayan qadın və qızların 650 milyona yaxını uşaq yaşlarında ərə verilib. Uşaq, erkən və məcburi nikahların tamamilə ləğv edilməsi BMT-nin 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılan dayanıqlı inkişaf məqsədləri sırasındadır. Mənbə: oxu.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.