Fransanın PSJ futbol klubu ardıcıl iki il doqquz futbolçusunun 'Qızıl top'a namizədlər siyahısında yer alması ilə unikal tarixi nailiyyətə imza atıb.
İdman.Biz xəbər verir ki, Paris təmsilçisinin heyətindən Usman Dembele ilə yanaşı, Eşrəf Həkimi, Nunu Mendeş, Vitinya, Joao Neveş, Fabian Ruis, Xviça Kvaratsxeliya, Vilyan Paço və Markinyos da 30 namizəd arasında yer alıblar.
Bununla belə, yay transfer pəncərəsində 'Liverpul'a keçən Bredli Barkola və PSJ-nin heyətində stabil çıxış edən Dezire Due namizədlər siyahısına düşməyiblər.
Doqquz nominantla Çempionlar Liqasının son qalibi dörd futbolçusu namizəd olan 'Bavariya'nı qabaqlayaraq ən çox təmsil olunan klub statusunu qoruyub.
Qeyd edək ki, futbol tarixində heç bir klub 'Qızıl top'un ardıcıl iki təqdimatında bu qədər çox futbolçu ilə təmsil olunmayıb.
Oktyabrın 26-da Londonda keçiriləcək təqdimat mərasimində 'France Football'un nüfuzlu mükafatının sahibi müəyyənləşəcək.
(0)Comments