Tramp ABŞ-də Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb

Tramp ABŞ-də Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb
View on original source
Category: Business
Share
Archive
Like
Amerika lideri Donald Tramp Kanadanın "Bombardier" maşınqayırma şirkətinin məhsullarını kifayət qədər yaxşı hesab etməyərək, onların ABŞ-də satışını dayandırmağa çağırıb."Report" xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb."ABŞ-də daha heç bir "Bombardier" satışı olmasın! Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu Birləşmiş Ştatlardan daxil olur. Onlar Amerika alıcıları, şirkətləri, hava limanları və xidmətləri hesabına yaşayırlar", - paylaşımda bildirilir.O, Amerikanın "Gulfstream Aerospace" şirkətinin Kanadada biznes qadağası ilə üzləşməsini ədalətsiz qərar adlandırıb."Bu dövr başa çatıb! Əgər onlar bizim bazarı istəyirlərsə, burada inşa etməli və Amerikaya "pul daxılı" kimi yanaşmağı dayandırmalıdırlar. Amerika istehsalı olanı alın. Amerika avialaynerlərində uçun. Amerika gölündə üzün", - Tramp yekunlaşdırıb.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.