Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs saxlanıldı

Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs saxlanıldı
View on original source
Category: Politics
Share
Archive
Like
Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin etibarından sui-istifadə edərək onun maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov saxlanılıb. "Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etdiyi və ümumilikdə 15 min manat pulunu mənimsədiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib". Mənbə: publika.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.