Neftçi" nigeriyalı hücumçu transfer etdi

Neftçi" nigeriyalı hücumçu transfer etdi
View on original source
Category: Sports
Share
Archive
Like
"Neftçi" yeni hücumçu transfer edib. Klubdan verilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb. Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda "Qnistan"ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb. 2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard "Qnistan"da 13 qolla bombardir olub. 28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2+1 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 26 nömrəli formanı geyinəcək. Mənbə: unikal.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.