Tramp Putinə Ukrayna müharibəsinintezliklə başa çatmasını istədiyini bildirib

Tramp Putinə Ukrayna müharibəsinintezliklə başa çatmasını istədiyini bildirib
View on original source
Category: Politics
Share
Archive
Like
ABŞ prezidenti Moskva ilə münasibətlərin bərpasında maraqlı olduğunu açıqlayıb ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada davam edən müharibənin mümkün qədər tez başa çatmasını istədiyini bildirib. Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, telefon danışığı zamanı Tramp həmçinin ABŞ-Rusiya münasibətlərinin normallaşdırılmasının vacibliyini vurğulayıb. Məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Tramp daha əvvəl də Ukrayna müharibəsinin uzanmasının qəbuledilməz olduğunu və tərəflərin danışıqlar yolu ilə razılaşmaya gəlməli olduğunu bildirib. Lakin diplomatik səylərə baxmayaraq, döyüş meydanında vəziyyət dəyişməyib. Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket və dron hücumlarını davam etdirir, Ukrayna isə Rusiya ərazisindəki hərbi və strateji obyektlərə zərbələr endirir. ABŞ-ın Kiyevə göndərdiyi nümayəndələrin son səfəri Vaşinqtonun danışıqlar prosesini sürətləndirməyə çalışdığını göstərir. Zelenski də ABŞ nümayəndələri ilə görüşdən sonra sülh prosesi ilə bağlı müəyyən irəliləyişlərin olduğunu bildirib. //Samir Qurbanov, Editor.az

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.