'Real Madrid' və Fransa milli komandasının hücumçusu Kilian Mbappe özünü dünyanın ən yaxşı futbolçusu hesab etməsi və 2026-cı ilin 'Qızıl top' mükafatına iddiaları barədə bəyanat verib.
'Qafqazinfo' xəbər verir ki, 27 yaşlı ulduz hücumçunun fikirlərini Fransanın nüfuzlu 'L'Équipe' nəşri yayımlayıb.
Mbappe 'Qızıl top'u kimsəyə vermək niyyətində olmadığını vurğulayıb:
'Qızıl top'u kimə verərdim? Onu özümə verərdim və bu, heç də oğurluq olmazdı. Bu, futbolçunun fərdi töhfəsinin nəzərə alındığı fərdi mükafatdır. Arqumentlərə baxanda öz-özümə deyirəm: bəli, bu, ədalətsizlik olmazdı'.
Dünyanın ən yaxşısı olub-olmaması ilə bağlı suala isə fransalı bombardir belə cavab verib:
'Mən həmişə belə düşünürəm, amma bu çox şəxsi məsələdir. Hər kəsin öz fikri var: bəziləri razılaşacaq, bəziləri yox. Bu, mübahisəli mövzudur və hər kəsin mənim kimi düşünməsi məcburi deyil'.
Qeyd edək ki, Mbappe İspaniya çempionatının cari mövsümündə keçirdiyi 4 oyunda artıq 4 qol vurmağa müvəffəq olub. 'Kral klubu' növbəti matçını çərşənbə axşamı Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda Milannın 'İnter' klubuna qarşı keçirəcək.
Mənbə: qafqazinfo.az
(0)Comments