İran-ABŞ qarşıdurması: Çin müharibənin 4-cü tərəfinə çevrilir?

İran-ABŞ qarşıdurması: Çin müharibənin 4-cü tərəfinə çevrilir?
View on original source
Category: Politics
Share
Archive
Like
'SEPAH-ın mövqeyi Trampın səbrini daşdırır'. Bu sözləri Yenicag.az -a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib. 'İranın bölgədəki neft və qaz hasilatları, kəmərlərini vuracağı iddiası dəfələrlə səslənsə də, Tehran bu addımı atmır. Eləcə də Körfəzin ərəb ölkələrinə zərbə endirən İran İsrailə qarşı belə bir addım atmır. Aydın görünür ki, İran müharibənin genişlənməsini, böyüməsini istəmir. Çünki ABŞ və İsrailin çox sərt cavab verə biləcəyindən ehtiyat edir. İranın bölgədəki neft və qaz hasilatları, kəmərləri vuracağı halda, bundan ən çox zərər görən ölkələrin siyahısının başında Çin gələcək. Tehranda qorxurlar ki, Çin ABŞ ilə anlaşar və ondan sonra İranı heç bir güc qoruya bilməz. Hələlik Tramp adminstrasiyası İranla bağlı qəti qərar verməyib. Əgər qəti qərar versəydi, İrana dağıdıcı zərbə vurardılar', – politoloq bildirib. X. Cəfərli hesab edir ki, ABŞ hələ də İrana çəkindirici zərbələr vurmaqda israrlıdır: 'Ancaq hər kəs görür ki, ABŞ İranı öldürməyəcək zərbələr vurur. İranın 30 neft emalı zavodunun və ya elektrik stansiyalarından bir neçəsinin dağılması yetərlidir ki, İran iqtisadiyyatı tamamilə dayansın. Ancaq ABŞ bunu etmir və İsrailin etməsinə də icazə vermir. Tramp adminstrasiyasının istədiyi İranla sövdələşmədir. Ancaq SEPAH-ın radikal mövqeyi Tramp adminstrasiyasının səbrini daşıra bilər'. Nurlan Cəfəri

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.