"Oasis"in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

"Oasis"in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb
View on original source
Category: Entertainment
Share
Archive
Like
Britaniyanın "Oasis" rok qrupunun 100 saatdan çox məşq, konsert və musiqiçilərin söhbətlərinin səsyazmalarını özündə cəmləşdirən audioarxivi hərraca çıxarılıb."Report" Britaniya mediasına istinadən xəbər verir ki, audioarxivin dəyəri 1,6–2,2 milyon dollar qiymətləndirilir.Səsyazmaları 1994-cü ildə "Definitely Maybe" debüt albomunun çıxmasından 2001-ci ilə qədər "Oasis"lə işləmiş qrupun səs rejissoru Hyu Riçards edib.Arxiv 209 rəqəmsal DAT audiokasetdən, 73 analoq audiokasetdən və üç mini-diskdən ibarətdir. Hyu Riçardsın ölümündən sonra onun oğlu Oueyn Riçards səsyazmaları hərraca çıxarmaq qərarına gəlib."Littleton Auctions" hərrac evinin rəhbəri Ben Homerin sözlərinə görə, "Oasis" nümayəndələri arxivin məzmunu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bununla belə, o qeyd edib ki, məsələ hüquqi baxımdan araşdırılıb və hərrac oktyabrın 3-də keçiriləcək.Arxivdə "Oasis"in 1996-cı ildə Şotlandiyada Lox-Lomond gölünün sahilində verdiyi konsertin əvvəllər heç vaxt yayımlanmamış səsyazması da var.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.