"0" avroya bütöv kəndi necə almaq olar? –İspaniyada inanılmaz layihə

"0" avroya bütöv kəndi necə almaq olar? –İspaniyada inanılmaz layihə
View on original source
Category: Business
Share
Archive
Like
İspaniyanın Qalisiya bölgəsində tərk edilmiş kənd cəmi 0 avroya satışa çıxarılıb. Qeyri-adi layihə kənd əhalisinin azalmasının qarşısını almaq və ərazini yenidən canlandırmaq məqsədi daşıyır. Moderator.az xəbər verir ki, Antena 3-ün məlumatına görə, mənzərəli O Ribeiro bölgəsində yerləşən kənddə 12 daş bina və ümumilikdə təxminən 1,5 hektar ərazi yeni sahibinə veriləcək. Ancaq '0 avro' qiyməti kəndin tamamilə pulsuz başa gələcəyi anlamına gəlmir. Yeni sahib tikililərin bərpası, infrastrukturun yenilənməsi, hüquqi və digər xərcləri öz üzərinə götürməlidir. Kənddəki binaların əksəriyyəti əsaslı təmirə ehtiyac duyur. Ərazidə qədim quyular, körpü qalıqları və tarixi tikililərin xarabalıqları da qorunub. Yerli hakimiyyət kəndin eko-kəndə, turizm kompleksinə və ya istirahət mərkəzinə çevrilə biləcəyini düşünür. Kəndin tarixi də olduqca maraqlıdır. Əsrlər əvvəl Kastiliyaya gedən məşhur Kral Yolu buradan keçib və yaşayış məntəqəsi mühüm ticarət və nəqliyyat məkanı olub. Lakin 1950-ci illərdə Freira bəndinin tikintisi bölgənin taleyini dəyişib. Su səviyyəsinin yüksəlməsi və ərazinin təcrid olunması nəticəsində kənd tədricən boşalıb və son sakinlər də evlərini tərk edib. İndi isə yerli hakimiyyət tarixi yaşayış məntəqəsinə yenidən həyat vermək və bölgəyə yeni sakinlər və investorlar cəlb etmək istəyir.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.