Batumidə Azərbaycan vətəndaşı itkin düşdü

Batumidə Azərbaycan vətəndaşı itkin düşdü
View on original source
Category: Politics
Share
Archive
Like
Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb. Publika.az 'Qafqazinfo'ya istinadən xəbər verir ki, bu barədə itkin düşən şəxsin bacısı qızı Günay Əlizadə Gürcüstanın 'Batumelebi' nəşrinə müraciət edərək kömək istəyib. G. Əlizadənin sözlərinə görə, avqustun 28-dən bəri dayısı ilə əlaqə saxlamaq mümkün olmayıb: 'Sərhəd kameralarının görüntülərini yoxladıq və bildik ki, o, Türkiyədən Gürcüstana keçib. Bircə bu məlumdur, ondan sonra haqqında heç bir məlumatımız yoxdur. Telefonunu Türkiyədə itirdiyi üçün hazırda onunla zəngləşmək imkansızdır. Ailəmiz artıq axtarışlara başlayıb və aidiyyəti qurumlara da müraciət etmişik. Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan xahiş edirik ki, polisə və ya bizə xəbər versinlər'. Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, sözügedən Azərbaycan vətəndaşının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.