Paşinyana Zəngəzur dəhlizi ilə bağlı şərt qoyuldu

Paşinyana Zəngəzur dəhlizi ilə bağlı şərt qoyuldu
View on original source
Category: Politics
Share
Archive
Like
Tehran Ermənistanın Baş naziri Nikol Paşinyana 'Tramp yolu'nun (TRIPP) tikintisi ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürüb. Modern.az xəbər verir ki, bu barədə Ermınistan mediası məlumat yayıb. Bildirilib ki, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. Ehtimal edilir ki, burada Rusiya Silahlı Qüvvələri nəzərdə tutulur. Məlumata görə, Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. Əks halda, getdikcə kəskinləşən münaqişə şəraitində İran tərəfi ABŞ hərbçilərini legitim hədəf hesab edə bilər. Bu isə onsuz da 'iflic vəziyyətdə' olan və İrəvanın xarici siyasətinin əsas layihəsi sayılan təşəbbüsün həyata keçirilməsini daha da çətinləşdirir.

(0)Comments

 

A note on cookies

Newshunt uses essential cookies to keep you signed in and to remember your language and country, so the site works the way you expect. With your permission, we'd also like to use analytics cookies to understand how people use Newshunt and improve it over time.

Accepting only affects analytics. To learn more, view our Privacy Policy or Terms & Conditions.